Siqaret çəkənlərin nəzərinə

Yeni İnzibati Xətalar Məcəlləsinə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcək. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu cərimələr gələcəkdə siqaret filterini yerə atan şəxslərə də aid edilə bilər.

Parklarda, küçələrdə addımbaşı yerə atılmış siqaret filterlərinə rast gəlinir. İnsanlar hətta yaxınlıqda zibil qabı olsa da, siqareti çəkib yerə atırlar.

Hazırda siqareti yerə atanlar üçün cərimə nəzərdə tutulmasa da mənzərə ürəkağrıdıcıdır. Dünya təcrübəsinə nəzər saldıqda isə görərik ki, İtaliyada siqareti yerə atanlar 300 avro, Albaniyada 410 avro, Yunanıstanda 500 avroya qədər cərimələnirlər.

Длительность: 1:56 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: siqaret cərimə
Пожаловаться

Похожие видео